• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakı və Aşqabad arasında Xəzərlə bağlı iclas

SİYASƏT

25 Yanvar 2023 | 18:16 | Müəllif: Subhan Mahmudov

Bakı və Aşqabad arasında Xəzərlə bağlı iclas

Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan və Türkmənistanın aidiyyəti nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026