• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü  - YENİLƏNİB

HADİSƏ

29 Avqust 2022 | 14:51 | Müəllif: Subhan Mahmudov

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİB

Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib ("qafqazinfo.az). Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.

O, 3 ildir ki, ailəli imiş.

***

14:26

Bakıda iş adamı Nurəddin Məmmədli vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a onun dostu, "Kitab yurdu" mağazasının sahibi Kamran Vəli bildirib.

Onun sözlərinə görə, N.Məmmədli avtomobil qəzasında dünyasını dəyişib.

Aytac Aslan


Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİBBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR