• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda DƏHŞƏT: 4 yaşlı qızın meyiti tapıldı (YENİLƏNİB)

HADİSƏ

31 Yanvar 2022 | 15:19

Azərbaycanda DƏHŞƏT: 4 yaşlı qızın meyiti tapıldı (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 4 yaşlı qızın meyitinin tapılması barədə məlumat yayıb.

Bakıvaxtı.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 15:19

Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026