• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Prokuror Əjdər Ola 11 il həbs cəzası istəyib

HADİSƏ

02 Mart 2022 | 14:56

Prokuror Əjdər Ola 11 il həbs cəzası istəyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Əjdər Cəbiyevin verilmiş ittihamlarla təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR