Bu gün Bakıda Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə “Asia Small and Medium-Sized Enterprise Monitor 2025” adlı regional forum öz işinə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, 12–13 noyabr tarixlərində keçiriləcək tədbirin məqsədi mikro, kiçik və orta sahibkarlıq (KOB) sektorunun maliyyələşməsi, ticarət siyasətləri və dayanıqlı inkişaf imkanlarını müzakirə etməkdir.
Forumun ilk günündə artan geosiyasi gərginlik fonunda maliyyə bazarlarında yaranan risklər və onların KOB-ların maliyyələşməsinə təsiri diqqət mərkəzində olacaq. Müzakirələr zamanı maliyyə tənzimləyicilərinin bu riskləri azaltmaq və sahibkarlar üçün alternativ maliyyə imkanları yaratmaq istiqamətində atdığı addımlar nəzərdən keçiriləcək.
Bundan əlavə, digər sessiyada KOB-ların beynəlxalq ticarətdə qarşılaşdığı çağırışlar, regional əməkdaşlığın rolu və maliyyə inklüzivliyinin artırılması məsələləri müzakirə ediləcək.
Həmçinin, regionda KOB sektorunun dayanıqlı inkişafı, maliyyə əlçatanlığı və rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə təşəbbüslərin davam etdirilməsi gündəmə gətiriləcək.
Bakı 



