• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda təkər təmiri sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB 1

HADİSƏ

03 Fevral 2022 | 01:13 | Müəllif: Subhan Mahmudov

Bakıda təkər təmiri sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB 1

Fövqəladə Hallar Nazirliyi Biləcəri qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb. 

Bakıvaxtı.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ümumi sahəsi 750 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları 500 m² sahədə, içərisində olan avtomobil şinləri və ərazidə dayanmış “Mercedes” markalı yük avtomobilinin yanar hissələri qismən yanıb.

Sexin qalan hissəsi və bitişik olan müxtəlif təyinatlı digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

2 fevral, saat 21:52

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.

***

20:04

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026