Bakıda minik avtomobili yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















