• Bakı 22° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda “Bentley”in törətdiyi dəhşətli QƏZANIN TƏFƏRRÜATI: 4 nəfəri...

HADİSƏ

03 Sentyabr 2024 | 11:22

Bakıda “Bentley”in törətdiyi dəhşətli QƏZANIN TƏFƏRRÜATI: 4 nəfəri...

Ötən il oktyabrın 24-də saat 23:34-də Səbail rayonu Bayıl qəsəbəsində yerləşən “Mangal House” restoranının qarşısında “Bentley Bentayga” markalı avtomobilin törətdiyi qəza ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə vaxtı avtomobilin sükanı arxasında Qazaxıstan vətəndaşı, 1999-cu il təvəllüdlü Sevinc Vladimirovna olub. M-011-УХ-777 Rusiya qeydiyyat nişanlı avtomobilin Sevincin dostu Denis adlı şəxsə məxsus olduğu məlum olub. Hadisə nəticəsində ölən  Ukrayna vətəndaşı, 31 yaşlı Viktoria Şepel isə həmin şəxslərin tanışı olub. Məlumata görə, onlar restoranda yeyib-içdikdən sonra gecə saatlarında restoranı tərk edərkən faciəvi hadisə baş verib.

Barəsində Səbail rayon Polis İdarəsində cinayət işi açılmış Sevinc Vladimirovna hadisə barədəki ifadəsində olayı belə təsvir edib:

“Qazaxstanda anadan olsam və həmin ölkənin vətəndaşı olsam da, Azərbaycanda böyümüşəm, Azərbaycan dilində təhsil almışam. Denisi 2023-cü ilin avqust-sentyabr aylarından etibarən tanımışam, dostluq münasibətlərimiz yaranıb. Lakin onun Azərbaycanda hansı işlə məşğul olduğu barədə heç bir məlumatım yoxdur. Sürücülük vəsiqəm olsa da, öz şəxsi avtomobilim yoxdur.

24 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Denis idarə etdiyi Rusiya Federasiyasına aid və «Alina» adlı qohumuna məxsus “Bentley Bentayga” markalı, M-011-УХ-777 nömrə nişanlı avtomobili ilə məni iş yerimdən götürdü. Əvvəlcədən planlaşdırdığımız kimi restorana getdik. Restoranda bir qədər sonra tanışlarımız mərhum Viktoriia Şepel, Azat və Qriqori adlı şəxslər də gəldilər. Həmin gün axşam saat 23:30-da masadan öncə mən, Denis, Viktoriia və Azat birlikdə qalxdıq. Restoranın qapısında Denislə mən Viktoria və Azatla sağollaşdıq. Denis məni evə aparmaq üçün oradan çıxmışdı. Mən Denisdən avtomobilini sürmək üçün istədim, Denis də “Bentley”in açarını mənə verdi. Sükan arxasına əyləşdim. Avtomobilin ön hissəsi restoranın qarşısında olan köşk istiqamətində idi, ara məsafəsi 4-5 metr olardı. Avtomobilə əyləşib mühərriki işə salandan sonra əyləc pedalını sıxmaq əvəzinə özümü itirib sürət pedalını sıxdım. Bundan sonra nə baş verdiyini xatırlamıram. Özümə gələn zaman avtomobildən endim, Azatın yolun kənarında yerdə uzandığını, ətrafda bir çox tanımadığım şəxsin və təcili tibbi yardım briqadalarının olduğunu, bir nəfərin isə həkimlər tərəfindən aparıldığını gördüm. Denisdən Viktoriyianın nə vəziyyətdə olduğunu soruşdum. Bir qədər sonra mənə Viktoriyanın öldüyünü, Azatla daha 2 nəfərin isə xəsarətlər aldığını və xəstəxanada olduğunu dedilər”.

Araşdırmalar zamanı məlum olub ki, hadisə zamanı avtomobil 4 nəfəri köşkə çrpıb. Nəticədə köşkə 12 min manatdan artıq ziyan dəyib.

Hadisəni törədən 25 yaşlı Sevinc Vladimirovna Səbail rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Məhkəmənin 23 avqustda çıxardığı hökmlə o, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

10 May 2025