• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

Bakıda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ

CƏMİYYƏT

18 Fevral 2025 | 18:47

Bakıda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 17 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Bakıvaxtı.az-a AYNA-dan məlumat verilib.

Məlumata görə, 17 nömrəli marşrut:“Nəriman Nərimanov” metrostansiyası istiqamətində Fətəli xan Xoyski küçəsi – Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi (“Nəriman Nərimanov” metrostansiyası) – Əhməd Rəcəbli küçəsi (son dayanacaq);

Yeni Yasamal yaşayış massivi istiqamətində isə Əhməd Rəcəbli küçəsi (son dayanacaq) – Dairəvi hərəkət (Uluqbəy küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi) – Əhməd Rəcəbli küçəsi – Fətəli xan Xoyski küçəsi, daha sonra mövcud sxem üzrə hərəkət edir.

24 nömrəli marşrut:“Nəriman Nərimanov” metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsi – Uluqbəy küçəsi – Ağa Nemətulla küçəsi – Təbriz küçəsi (son dayanacaq);Qaraçuxur qəsəbəsi istiqamətində isə Təbriz küçəsi (son dayanacaq) – Əhməd Rəcəbli küçəsi – Ziya Bünyadov prospekti, daha sonra mövcud sxem üzrə hərəkət edir.


SON XƏBƏRLƏR

20 Fevral 2025