• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakıda bu tibb mərkəzi CƏRİMƏLƏNDİ

CƏMİYYƏT

27 Fevral 2024 | 14:05

Bakıda bu tibb mərkəzi CƏRİMƏLƏNDİ

Bakıda fəaliyyət göstərən tanınmış tibbi kilinikalardan biri lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirdiyi üçün cərimələnib.

Bakıvaxtı.az "Unikal"a istinadən xəbər verir ki, “Olimp Hospital” MMC İnzibati Xətalar Məcəlləsinin Əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xəta (215.1-ci maddə)  ilə cərimələnib. Belə ki, klinikanı 6 min manatdan 8 min manata kimi cərimə gözləyir. Məhkəmə prosesi mart ayının 5-də Yasamal Rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs Bakı şəhərində fəaliyyət göstərən Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu-Məhəmmədi modul tipli xəstəxanada müalicə olunan koronavirus infeksiyasına (Covid-19) yoluxmuş xəstələrə xəstəxana şəraitində keyfiyyətli tibbi xidmətlərin göstərilməsi və xidmətlərin təşkilinin satın alınması məqsədilə" keçirdiyi təkliflər sorğusunda qalib “Olimp Hospital” MMC olub. Həmin vaxt agentlik qalib şirkət ilə məbləği 17 milyon 335 min 675 manat olan müqavilə imzalayıb. 


SON XƏBƏRLƏR

26 Iyul 2024