• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sərnişindaşımada çatışmazlıq olan 5 marşrut xətti müsabiqəyə çıxarılıb

CƏMİYYƏT

01 Sentyabr 2022 | 12:01

Sərnişindaşımada çatışmazlıq olan 5 marşrut xətti müsabiqəyə çıxarılıb

Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

Bu barədə Bakıvaxtı.az-a qurumdan bildirilib.

Məlumata görə, bunlar 44, 57, 194, 202, və 214 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026