Bakının mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, VAZ-21099 markalı avtomobili geriyə idarə edən sürücü barəsində protokol tərtib edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, VAZ-21099 markalı 24-BD-091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zaidov Azad Ziyadxan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilib və 100 manat (4 bal) məbləğində cərimə olunub.
10:35
DYP şəhərin mərkəzində nəqliyyat vasitələrinin axını istiqamətində, nəqliyyat vasitəsini geriyə idarə edən sürücü ilə bağlı məsələyə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, yeni trendə qoşulanlarla bağlı, eləcə də videogörüntüləri yayılan VAZ-21099 markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma aparılır, tədbir görüləcək.
***
09:36
Bakıda daha bir sürücü avtomobilini geriyə idarə edib.
Bakıvaxtı.az xəbər verir ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içərisinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.
Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb.










jpg-1683809666.webp)





