• Bakı 20° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda dayanacaqlar “tok” keçirir? - “AYNA-nın işçiləri dedilər ki...”

CƏMİYYƏT

06 Avqust 2024 | 10:55

Bakıda dayanacaqlar “tok” keçirir? - “AYNA-nın işçiləri dedilər ki...”

Xəbər verdiyimiz kimi,  Bakıda azyaşlını dayanacaqda oturarkən “tok” vurub.

Bakıvaxtı.az xəbər verir ki, “Baku TV” məsələ ilə bağlı hadisə yerində olub.

Qeyd olunub ki, bu halın baş verməsinə monitora bağlanan elektrik naqilləri səbəb olub.

İnsident zamanı orada olan şahid hadisəni belə təsvir edib:

“Mən parkda oturarkən hadisəyə şahid oldum. Qışqırıq səsi eşitdim, gördüm ki, uşaq yıxılıb və ona kömək edirlər. AYNA-nın işçiləri də gəldi, dedilər ki, burada cərəyan var. Bundan öncə də belə hadisə baş verib".

Hadisədən sonra elektrik naqilllərinin monitordan ayrıldığı bildirilib.

Daha ətraflı sujetdə:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR