• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

İQTİSADİYYAT

31 Avqust 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Bakıda əhali ticarət şəbəkələrində nə qədər pul xərcləyib?

2021-ci ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,6 faiz artaraq 12 milyard 726,8 milyon manat olub.

Bakıvaxtı.az-ın məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz artaraq 6 milyard 385,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,5 faiz artaraq 6 milyard 341,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026