• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda əməliyyat: 6 kq marixuana götürüldü (VİDEO)

HADİSƏ

07 Yanvar 2024 | 16:01

Bakıda əməliyyat: 6 kq marixuana götürüldü (VİDEO)

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, həmin şəxsdən və idarə etdiyi “KİA” markalı avtomobildən 6 kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026