• Bakı 23° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Bakıda kirayə ev axtaranlar üçün PİS XƏBƏR - VİDEO

CƏMİYYƏT

16 May 2022 | 09:45 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda kirayə ev axtaranlar üçün PİS XƏBƏR - VİDEO

Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib.

Bakıvaxtı.az xəbər verir ki, əvvələr bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev "Xəzərxəbər"ə deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar. 

Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da deyib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.

Nofəl Quliyevin sözlərinə görə, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspert bilririb ki, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa qiymət artımı növbəti aylarda da davam edəcək. 

Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox təlabat ikiotaqlı mənzillərədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026