• Bakı 26° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda küləyin aşırdığı ağac problem yaradır - VİDEO

CƏMİYYƏT

26 Yanvar 2022 | 19:26 | Müəllif: Subhan Mahmudov

Bakıda küləyin aşırdığı ağac problem yaradır - VİDEO

Bakıda külək bir ağacı aşırıb. Nəticədə əyilmiş vəziyyətdə qalan ağac həm avtomobillərə, həm də piyadalara problem yaradır.

Söhbət paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Elşən Yahyayev küçəsindən gedir.

Sakinlər deyirlər ki, ağac bir neçə gündür əyili vəziyyətdə olsa da, aidiyyəti qurumlar bir tədbir görmürlər.

Piyadalar ağacın onların üzərinə aşacağından ehtiyat edərək bəzi hallarda yola çıxmalı olurlar.

Məsələ ilə bağlı Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədiri Etibar Cabbarov bildirdi ki, sözügedən problemdən məlumatlıdırlar. Onun sözlərinə görə, həmin ağac yaşıl olduğundan onun kəsilməsi uyğun görülməyib. Buna görə də sözügedən ağac bu gün əvvəlki vəziyyətinə qaytarılacaq.

Bakıvaxtı.az Xəzər Tv-nin videomaterialını təqdim edir:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026