“Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza ilə bağlı abonentlərin su təchizatında heç bir problem olmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, hadisədən xəbərdardırlar:
“Yüksək təzyiqli magistral kəmərin bir hissəsində az miqdarda su təzyiqin gücündən havaya püskürüb. Elə bir ciddi, böyük axıntı yoxdur. Magistral xəttin böyük hissəsi zədələnməyib. Əraziyə qəza briqadası cəlb olunub. Hazırda abonentlərin su təchizatı ilə bağlı heç bir problem yoxdur".
13:51
Bakıda magistral su kəmərində qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.
Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb. /Trend
















