• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Zabuxa köç başladığı gün bu erməni öldü

CƏMİYYƏT

25 Avqust 2023 | 12:55 | Müəllif: Subhan Mahmudov

Zabuxa köç başladığı gün bu erməni öldü

Laçın rayonunun Zabux kəndini boşaldarkən, buradakı evi “azərbaycanlılara qalmaması” üçün yandıran goruslu erməni Arman Ayrapetyan bu gün səhər saatlarında ölüb.

Bakıvaxtı.az xəbər verir ki, erməni mediası onun ölüm səbəbini yazmayıb.

Bildirilib ki, Armen “Qarabağ müharibəsi qəhrəmanı” Mger Ayrapetyanın qardaşıdır.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, ermənilər işğal etdikləri əraziləri boşaltmaq və işğal illərində qanunsuz olaraq ərazilərimizə köçürülənləri geri qaytarmaq üçün vaxt istəmişdi. Həmin vaxt ərəfəsində isə ermənilər məskunlaşdığı evləri, ağacları yandırıb, apara bilmədikləri ev heyvanlarını güllələyirdilər.

Eyni hərəkət Zabux kəndində də yaşanmışdı.

Yeri gəlmişkən bildirək ki, bu gün Zabuxa ilk köç Bakıdan yola salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026