• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda məhkumun evindən ov tüfəngi aşkarlandı

HADİSƏ

20 Oktyabr 2021 | 10:51

Bakıda məhkumun evindən ov tüfəngi aşkarlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməliyyatları davam edir.

Penitensiar Xidmətdən Bakıvaxtı.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026