• Bakı 14° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bakıda məktəbdə yanğın - 3 nəfər zəhərləndiYENİLƏNİB

HADİSƏ

24 Aprel 2024 | 12:50

Bakıda məktəbdə yanğın - 3 nəfər zəhərləndi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb.

    ***

    12:48

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub:

    "1 nəfər stressə qarşı kəskin reaksiya (qadın cinsli), digər 3 şəxs isə (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 1 nəfərə isə (qadın cinsli) yerində yardım olunub".


    SON XƏBƏRLƏR

    05 May 2024
    04 May 2024