• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda narkotik satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb

HADİSƏ

09 Avqust 2021 | 12:19

Bakıda narkotik satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakinləri Niyaz Hüseynov və Mahir Hümbətov tutulublar.

Niyaz Hüseynov üzərindən hazır bükümlər şəkildə satış üçün qablaşdırdığı və onlayn yolla əldə etdiyi 13 qrama yaxın heroin, 9 qram metamfetamin və 7 ədəd psixotrop tərkibli satışı qadağan edilən preqabalin həbi aşkar edilib. Mahir Hümbətovun üzərinə baxış keçirilən zaman ondan da psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Niyaz Hüseynov və Mahir Hümbətov tutularaq istintaqa cəlb olunublar.


Bakıda narkotik satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıbBakıda narkotik satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıbBakıda narkotik satışı ilə məşğul olan daha 2 nəfər saxlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026