• Bakı 20° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Bakıda “Prius” YPX avtomobilinə ÇIRPILDI - Yaralanan var

HADİSƏ

23 May 2022 | 19:42

Bakıda “Prius” YPX avtomobilinə ÇIRPILDI - Yaralanan var

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb:

“Toyota Prius” markalı avtonobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və xidmətdə olan iki əməkdaşımız yüngül xəsarət alıblar.

Əməkdaşlarımızdan birinə yerindəcə ilkin tibbi yardım göstərilib. Digər əməkdaş isə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Onun da vəziyyəti yaxşıdır və tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır”.


SON XƏBƏRLƏR