• Bakı 15° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bakıda qadın gözəllik salonunda bıçaqlandı

CƏMİYYƏT

07 Noyabr 2025 | 21:32

Bakıda qadın gözəllik salonunda bıçaqlandı

Bakıda qadın gözəllik salonunda tanışı tərəfindən bıçaqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən gözəllik salonunda qeydə alınıb.

Məlumata görə, 39 yaşlı S.Hasanov həmin salonda çalışan, tanışı - 30 yaşlı C.Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir./report


SON XƏBƏRLƏR