• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakıda qalmaqallı məktəbə bu qadın direktor TƏYİN OLUNDU - FOTO

CƏMİYYƏT

17 Sentyabr 2024 | 23:19

Bakıda qalmaqallı məktəbə bu qadın direktor TƏYİN OLUNDU - FOTO

Bakı şəhəri 112 saylı məktəbə yeni direktor təyin edilib.

Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.

O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.

Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu.

Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024