• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda qazi ketçupa görə qardaşını bıçaqladı - TƏFƏRRÜAT

HADİSƏ

04 Sentyabr 2024 | 10:17

Bakıda qazi ketçupa görə qardaşını bıçaqladı - TƏFƏRRÜAT

Bakıda qardaşına bıçaqla ağır xəsarətlər yetirmiş Vətən Müharibəsi qazisi 2002-ci il təvəllüdlü Murad Əliyev cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 3-də saat 19:00 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi Y.Saratov küçəsində nömrəsiz evdə baş verib. 

Murad Əliyev hadisə vaxtı özündən 1 yaş kiçik qardaşı Fuadla birgə şam yeməyi yeyib. Həmin vaxt Fuadın yeməyə tökdüyü ketçupdan istifadə tərzi Muradda qıcıq yaradıb və onunla mübahisə edib. Mübahisə zəminində Murad bıçağı götürərək qardaşına ağır zərbə endirib. Ağır xəsarət alan Fuad xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib.

Barəsində Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılan Murad bildirib ki, Vətən Müharibəsi zamanı sarsıntı keçirib və tez əsəbiləşib. O, törətdiyi əməldən peşman olduğunu deyib.

Fuad da qardaşını bağışladığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Murada 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin cəza 1 il sınaq müddətinin təyin edilməsi ilə şərti hesab edilib və Murad azadlıqda qalıb.

Kərim Abbaszadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026