• Bakı 13° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Bakıda universitetlə üzbəüz narkomanlar yuvası - VİDEO

CƏMİYYƏT

14 Avqust 2022 | 16:47

Bakıda universitetlə üzbəüz narkomanlar yuvası - VİDEO

Bakıda ali təhsil ocağı ilə üzbəüz narkomanlar yuvası var. 

Bakıvaxtı.az ATV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu Süleyman Rüstəm küçəsində  uzun müddət nəzarətsiz qalan ərazi narkomanların yuvasına çevrilib. Narkomanlar sözügedən əraziyə axşam saatlarında yığışır. 

Yerdə narkotik istifadəsi üçün əşyalar var. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, narkomanlar səhərlər müxtəlif məişət tullantıları yığıb satmaqla məşğuldurlar. Həmçinin bildirilib ki, bu ərazidə bir zamanlar balıq hisə verilmə zavodu fəaliyyət göstərib. Zavod təxminən 18 il əvvəl sökülüb və yerində yaşayış binasının tikintisi planlaşdırılıb. Amma daha sonra nədənsə iş yarımçıq qalıb. 

Qeyd edək ki, ərazidə S.Rüstəm 33 ünvanında Bakı Slavyan Universiteti yerləşir. 


SON XƏBƏRLƏR

28 Mart 2024