• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bu ölkədəki səfirliklərimizə ÇAĞIRIŞ

CƏMİYYƏT

13 Sentyabr 2022 | 16:39

Bu ölkədəki səfirliklərimizə ÇAĞIRIŞ

“İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalıdırlar, kabinetlərdən çıxıb görüşlərin sayını artırmaq lazımdır, heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi?”.

Bakıvaxtı.az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, erməni saytlarında Amerikadakı bir qrup konqresmenin, Avropa Parlamentində bir neçə deputatın Azərbaycan əleyhinə açıqlamaları yayılıb və bu say getdikcə artır: “Digər tərəfdən Ermənistan və erməni lobbisi Azərbaycana qarşı informasiya müharibəsini genişləndirib, dezinformasiyalar yayırlar, bu müddətdə Qərbin müxtəlif nəşrlərində Azərbaycan əleyhinə məqalələr də yayınlamağa başlayacaqlar”.

“İndiki gərgin vəziyyətdə ABŞ və Avropadakı səfirliklərimiz fəallaşmalıdırlar, kabinetlərdən çıxıb görüşlərin sayını artırmaq lazımdır, heç olmazsa Amerikada bircə konqresmen Ermənistanın təxribatı haqqında açıqlama yaya bilməzmi? Və ya Avropada bu qədər dostumuz varkən, onların da səsinin çıxmamasını bu ölkələrdəki səfirliklərimizin passivliyi ilə əlaqələndirirəm”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026