• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda yanğınsöndürən maşın qəzaya düşüb, xəsarət alanlar var

CƏMİYYƏT

25 May 2021 | 16:30

Bakıda yanğınsöndürən maşın qəzaya düşüb, xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşını qəzaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva Bakıvaxtı.az-a bildirib ki, hadisə bu gün günorta Binəqədi rayonu ərazisində baş verib.

Qəza nəticəsində Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə əməkdaşı xəsarət alıb.

Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib, qalanları ambulator yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, yanğınsöndürən maşın “KamAZ” markalı yük avtomobili ilə toqquşub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026