• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərildi

CƏMİYYƏT

19 Mart 2022 | 11:59

Bakıdan Kiyevə 30 tondan çox humanitar yardım göndərildi

Bakı şəhərindən Kiyev sakinlərinə 30 tondan çox humanitar yardım göndərilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım Bakı şəhəri ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026