• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sürüşmələr daha çox BU ƏRAZİLƏRDƏDİR

CƏMİYYƏT

18 Aprel 2022 | 11:12 | Müəllif: Qalib İbrahimoğlu

Sürüşmələr daha çox BU ƏRAZİLƏRDƏDİR

Mart ayında ölkəmizdə intensiv qar və yağış yağması nəticəsində sürüşmə zonalarında lokal aktivləşmə müşahidə edilir.

Bakıvaxtı.az xəbər verir ki. bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib

Onun sözlərinə görə, sürüşmə, çökmə əsasən Lənkəran, Lerik, Astara rayonları ərazisində müşahidə olunur.

"Həmin bölgədə intensiv yağıntılardan sonra aktiv 13-14 lokal sürüşmə yeri meydana gəlib. Biz həmin ərazilərin davamlı monitorinqini aparırıq. Biz tərəfimizdən həmin proseslərin zərərini minimuma endirmək üçün müvafiq qurumlara tədbirlərin görülməsi üçün tövsiyələr verilib.

Bundan başqa da Qubanın Qırızdəhnə və Künətqazma kəndində sürüşmə və çökmə xarakterli prosesin getməsi müşahidə olunur.

Aktiv zonalarda baş vermiş sürüşmələrdən sonra bərpa işləri aparılmaqdadır. Buna misal olaraq Abşeron rayonunun Badamdar yaylasında, Xətai rayonunun Günəşli yaylasına girən yerdəki qəbristanlığı göstərmək olar.

Ümumiyyətlə, son zamanların statistikasına baxsaq sürüşmələrin intensivliyində səngimə prosesi var. Əvvəlki illərdəki ki, kütləvi proseslər getmir. Bunun da əsas səbəbi qabaqlayıcı tədbirlərin görülməsidir", - deyə Xidmət rəisi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026