• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ağcaqanad sancmasından QİÇS-ə yoluxmaq olar?

CƏMİYYƏT

18 May 2022 | 01:45 | Müəllif: Qalib İbrahimoğlu

Ağcaqanad sancmasından QİÇS-ə yoluxmaq olar?

Yayda ağcaqanadların bir insanı sancıb qanı ilə qidalanıb, digər insana qonması ilə bəzi xəstəliklərin yayılması riski də artır.

Bəs cinsi infeksiyalar, qorxulu xəstəliklər ağcaqanadlarla yayılırmı?

Bakıvaxtı.az xəbər verir ki, həkim infeksionist Yelena Akimenko ağcaqanadların qanla QİÇS, HİV kimi virusları yaya bilməsinə aydınlıq gətirib.

Həkim qeyd edib ki, xəstə insanın qanında, özü də kapilyar qanında xəstəlik törədicisinin konsentrasiyası o qədər az olur ki, ağcaqanad sovurduğu qanda yox dərəcəsindədir.

Digər tərəfdən insandan kənar mühitə düşdükdə, virus ölür.

İkincisi ağcaqanad sovurduğu qanı yenidən başqa insanın bədəninə qaytarmır (Bakupost.az). Ona görə də SPİD, HİV kimi xəstəliklər ağcaqanadlarla keçə bilməz.

Ağcaqanadlar sarı qızdırma, malyariya xəstəliklərini yaya bilər.

Bu xəstəliklərin də ölüm faizi yüksəkdir. Xəstədə ağcaqanadla təmasdan 1 sutka ərzində qızdırma, titrətmə baş verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR