• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda "axşambazarı"na maraq artıb - Qiymət fərqi nə qədərdir?

CƏMİYYƏT

18 May 2022 | 00:01 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda "axşambazarı"na maraq artıb - Qiymət fərqi nə qədərdir?

Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə "axşambazarı"na üstünlük verirlər.

Bəs "axşambazarı"ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əl yandıran qiymətlər axşam ürəyi sərinlədir? 

Bakıvaxtı.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, satıcılar deyirlər ki, bəzi məhsullar tez xarab olduğu üçün günün sonunadək mütləq satılmalıdır. Məhsulun tez satılmasının vacibliyi isə qiymət fərqinə təsir edir.

Alıcılar da "axşambazarı" qiymətlərdə fərqin olduğunu deyirlər. Ancaq burada əsas nüans axşama qalan məhsullarda düzgün seçim edə bilməkdir.

Beləliklə, həm sərfəli qiymətə, həm də yaxşı məhsul almaqdan ötrü bazara üz tutanlar gərək günortadan sonra, saat 4-5 aralığından gecikməsinlər. Əks halda, bazarda endirimli qiyməti görüb, məhsulu tapa bilməyənlərdən olacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR