• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Baş nazir: Əsirləri sərbəst buraxın

DÜNYA

23 Oktyabr 2023 | 12:42

Baş nazir: Əsirləri sərbəst buraxın

 

Kanadanın baş naziri Castin Trüdo və İsrail prezidenti İsaak Hersoq telefonla danışıblar.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, onlar İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələri müzakirə ediblər.

Görüş zamanı İsrailin “özünü müdafiə haqqını” dıstəklədiklərini bildirən Trudeau HƏMAS-ın əlində olan girovlar “dərhal azad edilməlidir” deyib.

Trudeau qeyd edib ki, Qəzzada sülhün təmin edilməsi üçün həll yolu tapılmalıdır.

Əlavə olaraq, Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kanadanın xarici işlər naziri Melani Coli və beynəlxalq inkişaf naziri Əhməd Hussen Rəfah Sərhəd Qapısının açılışını məmnuniyyətlə qarşılayıblar.

Açıqlamada ehtiyacı olanlara ilkin ləvazimatların çatdırılmasının həyatların xilas edilməsi üçün kritik əhəmiyyət kəsb etdiyi qeyd edilib. Tərəflər humanitar yardımların əldə edilməsinə icazə verməyə davam etməyə çağırılıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR