• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Baş nazirdən miqrantları sevindirəcək QƏRAR

DÜNYA

06 Oktyabr 2023 | 23:59

Baş nazirdən miqrantları sevindirəcək QƏRAR

Sloveniyanın Baş naziri Robert Qolob miqrasiyanı tənzimləmənin yeganə yolunun onu leqallaşdırmaq olduğunu hesab edir.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Avropa İttifaqının İspanyanın Qranada şəhərində keçirilən qeyri-rəsmi sammitində iştirak edən siyasətçinin bu barədə sözləri ölkə hökumətinin “X” sosial şəbəkəsindəki səhifəsində yayılıb.

“Əminəm ki, miqrasiyanın tənzimlənməsinin və effektiv idarə olunmasının yeganə yolu onu leqallaşdırmadır. Mümkün qədər çox miqrant, o cümlədən əvvəlcədən hazırlanmış təlim mərkəzlərinin köməyi ilə leqallaşdırılmalıdır. Söhbət təkcə dili öyrənməkdən (qəbul edən ölkənin) yox, həm də qalacağın ölkədə əlavə bacarıqlar əldə etməkdən gedir. Avropanın əmək qüvvəsinə, eləcə də bu insanların Aİ-də tamamilə qanuni şəkildə iş və ev əldə etməsinə kömək etmək yollarını ərsəyə gətirəcək həll yollarına ehtiyacı var”, - Qolob deyib.

Qeyd edək ki, Macarıstan və Polşa Avropa İttifaqı liderlərinin təklif etdiyi, qaçqın və miqrantların müəyyən edilmiş kvotalar əsasında Avropa ölkələrinə yerləşdirilməsini, imtina edildiyi təqdirdə isə onların saxlanması üçün vəsaitin ümumi fonda ödənilməsini nəzərdə tutan yeni miqrasiya paktına qarşıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026