• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Baş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTO

CƏMİYYƏT

11 Aprel 2022 | 19:20 | Müəllif: Subhan Mahmudov

Baş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTO

Baş prokuror Kamran Əliyev aprelin 11-də Ağdam rayon prokurorluğunun inzibati binasında Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 116 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Ağcabədi və Laçın rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.


Baş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTOBaş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTOBaş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTOBaş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTOBaş prokuror Ağdamda vətəndaşları qəbul edib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR