• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bayden Abbasla telefonla DANIŞDI

DÜNYA

15 Oktyabr 2023 | 23:03

Bayden Abbasla telefonla DANIŞDI

ABŞ Prezidenti Cozef Bayden fələstinli həmkarı Mahmud Abbasla telefon danışığında Vaşinqtonun Yaxın Şərq ölkəsinin Qəzza zolağına humanitar yüklərin çatdırılması ilə bağlı bölgədəki tərəfdaşları ilə işlədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə amerikalı siyasətçi sosial şəbəkədə yazıb.

“Fələstin Administrasiyası Prezidenti Abbasla söhbətimdə HƏMAS-ın İsrailə hücumunu pisləyərək vurğuladım ki, HƏMAS Fələstin xalqının ləyaqətini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmir. Onu əmin etdim ki, Qəzzaya humanitar yüklərin axınını təmin etmək və münaqişənin böyüməsinin qarşısını almaq məqsədilə regiondakı tərəfdaşlarımızla işləyirik”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026