• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Amerika bu silahları qadağan etməyə ÇAĞIRIB

CƏMİYYƏT

28 Mart 2023 | 10:27

Amerika bu silahları qadağan etməyə ÇAĞIRIB

ABŞ prezidenti Co Bayden Konqresi Nashville məktəbində atışmadan sonra hücum silahlarını qadağan etməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Tennessi ştatının Nashville şəhərində məktəbə atışma baş verdikdən sonra hücumun "çox kədərli" olduğunu ifadə edərək bunu "bir ailənin ən pis kabusu" olaraq xarakterizə edib.Silahlı zorakılığın dayandırılması üçün daha çox iş görülməsi lazım olduğunu vurğulayıb.

Bayden, sözügedən hücumların “cəmiyyəti parçaladığını” bildirib. Bayden məktəbləri qorumaq üçün daha çox iş görülməli olduğunu bildirdi və Konqresi hücum silahlarını qadağan etməyə çağırdı.

Neşvildə Covenant Presbyterian kilsəsinə bağlı məktəbə silahlı hücum nəticəsində 3-ü uşaq, 3-ü böyük olmaqla ümumilikdə 6 nəfər həlak olub. Hücum edənin 28 yaşlı qadın olduğu və hücum edənin üzərində iki yarı avtomatik tüfəng və bir tapança olduğu bildirilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026