• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden: Putin NATO-nu parçalaya bilmədi

DÜNYA

17 Yanvar 2025 | 11:38 | Müəllif: Əli Hüseynov

Bayden: Putin NATO-nu parçalaya bilmədi

"Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumda böyük ərazi uğurlarına və NATO-nu parçalamağa nail ola bilməyib".

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-nin prezidenti Cozef Bayden Müdafiə Nazirliyi tərəfindən onun üçün təşkil edilən hərbi vida mərasimində səsləndirib.

Bayden, o cümlədən, ABŞ hərbçilərinin Orta Şərqdə İrana qarşı İsraili dəstəklədiyini, HƏMAS-ın zəiflədiyini və İsrail ilə HƏMAS arasında dünən əldə olunan atəşkəsdən qürur duyduğunu bildirib.

Atəşkəsə çatmağın səkkiz ay davam edən intensiv bir səylə mümkün olduğunu qeyd edən Bayden bu addımı dəstəklədiyini vurğulayıb. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026