Amerikanın NBC telekanalı ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığının təfərrüatlarını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, telekanalın məlumatına görə, Ağ Evin rəhbəri söhbət zamanı Zelenskini nankor adlandırıb.
Bildirilir ki, Bayden Kiyevə bir milyard ABŞ dolları hərbi yardım elan etməyinə baxmayaraq, Zelenski yenə də pul tələb edib.
Qeyd edək ki, ABŞ Rusiya tərəfindən xüsusi əməliyyat başlayandan bəri Ukraynaya artıq 65 milyard dollar yardım edib.
İsmayıl Alısoy




jpg-1669888512.webp)











