ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Bayden həm ABŞ-da, həm də dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanlar üçün bayram mesajı ünvanlayıb. "Həyat yoldaşım Cill və mən həm ABŞ-da, həm də dünyanın digər ölkələrində yaşayan bütün müsəlmanların bayramını qeyd edirik" deyə bildirən mesajda Bayden dünyanın müxtəlif yerlərində didərgin düşmüş qaçqınlar və dağılmış ailələr üçün dua etdiklərini qeyd edib.
Quranda "insanların ədaləti müdafiə etməyə çağırıldığını" və "icmaların bir-birləri ilə görüşə bilmələri üçün fərqli şəkildə yaradıldığını" xatırladan Bayden, inanc azadlığının Amerika üçün deyil, bütün ölkələr üçün dəyərli təməl daşı olduğunu bildirib.
Aytac Aslan
















