• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLAR

CƏMİYYƏT

22 Iyun 2023 | 10:25

Bayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLAR

Zəlzələdən sonra qəzalı vəziyyətə düşən Göyçay Bayraq Muzeyi yararsız vəziyyətə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, binanın fasadının və damında təmir işlərinə ehtiyac var.

Təmir və bərpa işləri aparılmadığı üçün muzeyə daxil olmaq təhlükəlidir.  

Qeyd edək ki, Bayraq Muzeyi Göyçayda 2015 ildə yaradılmışdır. 2018 ildən indiki yeni tikilmiş binada fəaliyyət göstərir. Muzeyin ümumi sahəsi 500 kv.m olan binası geniş ekspozisiya və kiçik konfrans zalından ibarətdir.

Ekspozisiya zalında orta əsrlər Azərb. dövlətlərinin və xanlıqlarının, AXC-ti tərəfindən qəbul olunmuş Milli Dövlət Bayrağı və 1920-91 illərdə mövcud olmuş Azərb. Sovet Sosialist Respublikasının bir neçə dəfə dəyişdirilmiş bayraqları nümayiş etdirilir.

Bundan başqa, muzeydə Azərbaycan Milli Ordusunun ayrı-ayrı qoşun növlərinə məxsus bayraqlar, hərbi geyimlər, döyüş orden və medallarına da guşə ayrılmışdır.

Həmçinin, muzeydə Azərbaycanın dövlət atributları (Dövlət Gerbi, Dövlət himni) nümayiş olunur. Rayon sakinləri, məktəblilər, qonaqlar vaxtaşırı Muzeyi ziyarət edirlər. Muzeydə Dövlət bayramları, tarixi günlərlə bağlı dəyirmi masalar təşkil olunur.

Ramid İbrahimov 


Bayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLARBayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLARBayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLARBayraq Muzeyi yararsız vəziyyətə düşüb - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026