• Bakı 11° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Bazar gününün havası açıqlandı

CƏMİYYƏT

23 Dekabr 2023 | 13:20 | Müəllif: Subhan Mahmudov

Bazar gününün havası açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR