• Bakı 17° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

BDU-da təmir işləri bu tarixdə bitəcək - RƏSMİ

CƏMİYYƏT

08 May 2026 | 13:06 | Müəllif: Əli Hüseynov

BDU-da təmir işləri bu tarixdə bitəcək - RƏSMİ

Ötən ilin noyabrında Bakı Dövlət Universitetinin 1 saylı tədris binası təmirə bağlanmışdı.

Hazırda həmin korpusda təhsil alan tələbələr dərslərini müxtəlif ali təhsil müəssisələrinin binalarında davam etdirirlər.

Bəs universitetdə aparılan təmir işləri nə vaxt başa çatacaq?

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusunu cavablandıran universitetin mətbuat xidmətindən bildirilib ki, təmir-bərpa işlərinin 2026–2027-ci tədris ili başlanana qədər yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, binada Filologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, həmçinin Hüquq fakültələri fəaliyyət göstərirdi.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026