• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Belarus bu halda müharibəyə qoşulacaq - Lukaşenko BƏYAN ETDİ

DÜNYA

25 Mart 2022 | 23:33 | Müəllif: Qalib İbrahimoğlu

Belarus bu halda müharibəyə qoşulacaq - Lukaşenko BƏYAN ETDİ

"Belarus Ukraynaya qarşı müharibəyə yalnız onlara qarşı təcavüz başlasa, girə bilər". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Bizi müharibəyə cəlb etməyin yalnız bir yolu var: bizə qarşı təcavüz başlasa, onlar bizə qarşı döyüşməyə başlasalar, müharibə baş verə bilər. Ona görə də Belarusun Ukraynaya hücum edə biləcəyi barədə bəyanatlara diqqət çəkirəm. Mən hərbçiləri çağırıram ki, şimal-qərbdə, qərbdə nə baş verdiyini xəbər versinlər”, - Lukaşenko deyib.

Bununla yanaşı, Lukaşenko əlavə edib ki, o, Ukraynada döyüşmək fikrində olmadığını iyirmi min dəfə deyib.

Onun sözlərinə görə, belaruslar genetik olaraq müharibəni qəbul etmirlər, lakin indi informasiya müharibəsi gedir və buna yaxşı cavab vermək lazımdır.

Lukaşenko həmçinin əlavə edib ki, Belarus müxalifəti hazırda Ukraynadakı müharibə üçün könüllü dəstələr yaradır./publika.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026