• Bakı 13° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Belçika Ukraynaya 1 milyard avro ayırıb

DÜNYA

08 Aprel 2025 | 19:25

Belçika Ukraynaya 1 milyard avro ayırıb

Belçikanın Baş naziri Bart de Vever Ukraynaya səfəri zamanı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən alınan vergilərdən alınan vəsaitlər hesabına Ukraynaya daha bir yardım paketinin ayrıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə təşkil etdiyi mətbuat konfransında bildirib.

“Biz bir milyard avroluq yardım paketi ayırırıq”, - Belçika Baş naziri deyib.

De Veverin sözlərinə görə, Belçika hər il Ukraynaya bu məbləğdə yardım ayırmağı planlaşdırır.

Daha əvvəl Belçika Baş nazirini səfərdə müdafiə naziri Teo Franken, xarici işlər naziri Maksim Prevo, eləcə də müdafiə sənayesinin nümayəndələrinin müşayiət etdiyi bildirilmişdi.


SON XƏBƏRLƏR

16 Aprel 2025