• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Belə hadisələr artacaq" - Psixoloq məktəblilərin davranışından NARAHATDIR

CƏMİYYƏT

22 Fevral 2024 | 14:31 | Müəllif: Qalib İbrahimoğlu

"Belə hadisələr artacaq" - Psixoloq məktəblilərin davranışından NARAHATDIR

Şüvəlanda qızların öz həmcinsinə qarşı etdiyi qeyri-etik davranışın ardından Suraxanı rayonu, Əmircan qəsəbəsində bacıların qardaşının sevgilisini döyməsi gündəm olub.

Bakıvaxt.az-a açıqlama verən psixoloq Aygün Cəfərova belə hadisələrin bir səbəbinin sosial şəbəkələrdə məhşurlaşmaq olduğunu qeyd edərək, gələcəkdə də artacağından narahatlığını bildirib.

Onun sözlərinə görə, bütün uşaqlar, yeniyetmələr belə xəbərləri görürlər:

“Bu dəqiqə sosial şəbəkələrdə məhşurlaşmaq önəmli bir nüansa çevrilib. Hər kəs bir fürsət axtarır ki, tanınsın. Bir müddət sonra artıq bütün xəbər saytlarında bu tip xəbərlər baş alıb gedəcək”.

Psixoloq görə, hətta araşdırılsa görərik ki, çox sayda məktəbdə belə hadisələr baş verir:

“Bu tip xəbərlər yayıldıqca, belə davranışların da artacağını görəcəyik”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR