• Bakı 22° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bərdə sakinindən narkotik götürüldü

HADİSƏ

17 Fevral 2022 | 09:46

Bərdə sakinindən narkotik götürüldü

Bərdə rayon sakinindən metamfetamin və heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, daxil olan məlumat əsasında Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Elgiz Əzizov saxlanılıb.

Onun üzərinə və evinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əzizov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026