• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq ÖLDÜRDÜ

HADİSƏ

18 Mart 2022 | 23:02

Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq ÖLDÜRDÜ

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikindəki elektrik cərəyanı onu vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026