• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi

HADİSƏ

17 Aprel 2022 | 20:52

Atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələndi

Balakəndə atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, avtomobillərdən atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində növbəti reyd təşkil olunub.

Keçirilən tədbirlər zamanı nəqliyyat vasitələri saxlanılıb və onların atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb.

Yoxlamalar zamanı atmosferə normadan artıq tullantı ixrac edən avtomobillər aşkarlanıb və onların sürücüləri barəsində inzibati protokollar tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026